Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəstəxanalarda mövsümi qrip peyvəndləri vurulur? 

Havaların getdikcə soyuması qripə yoluxma hallarının artmasına gətirib çıxarır...

Payız fəslində mövsümi qriplərə yoluxmanın ənənəvi hal aldığı hər birimizə məlumdur.

Bir neçə ay ərzində insanlar arasında qrip xəstəliyinə yoluxma halları artıb. Virusa yoluxanlar xəstəliyi çox ağır şəkildə keçirirlər. Hətta əzələ, kürək ağrılarından əziyyət çəkir, nəfəsalma ilə bağlı problem yaşadıqlarını bildirirlər. Bir sözlə, əhali arasında soyuqdəymə, angina, qrip, bronxit və pnevmoniya kimi müxtəlif xəstəliklər geniş yayılıb.

Əksəriyyət mövsümi qrip peyvəndi olmadığını bildirir, bəziləri isə, hətta mövsümi peyvənddən xəbərsiz olduqlarını dilə gətirirlər.

Bəs görəsən, xəstəxanalarda mövsümi qrip peyvəndləri vurulurmu? Peyvəndlənmə prosesi ödənişlidirmi?

Poliqon xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Vasif Əliyevin sözlərinə görə, mövsümi qrip peyvəndləri hər il vurulmalıdır:

"Mövsümi qrip peyvəndləri adəti üzrə hər il vurulmalıdır. Təxminən oktyabr ayından peyvəndlənmə prosesi başlayır. Risk qrupu hesab olunan şəxslərə, hətta gec olsa belə, yanvar və ya fevral ayında da vurula bilər. Mövsümi peyvənd tez-tez qripə yoluxan şəxslərə tətbiq olunur".

Həkim qeyd edib ki, hamilə qadınlara da mövsümi peyvəndlənmənin aparılması tövsiyə olunur:

"İmmun sistemi zəif olanların da peyvəndlənməsi tövsiyə olunur. Xroniki xəstəliyi olan insanlar, orqan köçürən xəstələr mütləq şəkildə peyvəndlənməlidirlər.

Qrip peyvəndi mövsümi olduğuna görə, hər il təkrarlanmalıdır. Bu il vurulan peyvənd mütləqdir ki, sonrakı payız mövsümündə də vurulsun. Mövsümi qrip peyvəndi 6 ayın üzərində olub, 5 yaş arası uşaqlara, 50 yaş üzərində olan insanların hamısına tətbiq edilməlidir".

"Mövsümi qrip peyvəndi xəstəlikdən qorunmaq üçün vacibdir. Heç bir əks göstəricisi yoxdur. Allergiyası olan şəxslərdə ciddi reaksiya olubsa, peyvənd vurulması əks-göstərişdir. Bunun xaricində əks-göstərişi yoxdur", - deyə V.Əliyev əlavə edib.

Oxu.Az-ın əməkdaşı bir neçə özəl və dövlət xəstəxanası ilə əlaqə saxlayıb.

Dövlət xəstəxanasından verilən məlumata görə, peyvəndlənmə prosesi ödənişsiz şəkildə həyata keçirilir:

"Bir neçə dövlət xəstəxanası peyvəndin, ümumiyyətlə, vurulmadığını desə də, bəziləri ödənişsiz şəkildə peyvəndləmə prosesinin aparıldığını deyib".

Bir neçə özəl xəstəxana isə mövsümi qrip peyvəndinin vurulmadığını qeyd edib.

Poliqon.info


Etiket: qrip peyvənd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar